Advert
Advert

Çin üç ekipaj üzvü olan kosmik gəmini orbitə buraxıb

Tarix:
Çin üç ekipaj üzvü olan kosmik gəmini orbitə buraxıb
Reklam

Çin üç ekipaj üzvü olan “Şençjou-23” idarə olunan kosmik gəmini uğurla orbitə çıxarıb.

Reyting.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. 

Start dünən Çinin şimal-qərbindəki Jiuquan peyk buraxılış mərkəzində baş tutub. Reaktiv daşıyıcı raket Pekin vaxtı ilə saat 23:08-də havaya qalxıb. Yerdən ayrıldıqdan sonra kosmik gəmi təyin olunmuş orbitə daxil olub. Ekipajın səhhətinin yaxşı olduğu bildirilir.

Məlumata görə, missiya komandiri 39 yaşlı Çju Yanju təyin edilib. O, Çinin insanlı kosmik gəmiyə rəhbərlik edən ilk bort mühəndisidir.

V. Quliyev
 

Reklam