Çinin Hubey əyalətində baş verən güclü fırtına və tornado nəticəsində ən azı 11 nəfər ölüb, bir nəfər itkin düşüb, 331 nəfər xəsarət alıb.
Reyting.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Şiddətli hava şəraiti əyalətin 14 mindən çox sakininə təsir göstərib.
Qeyd edilib ki, 22 ev uçub, 4800 tikili isə zədələnib.
V. Quliyev