Advert
Advert

Çində müəmmalı partlayış nəticəsində 7 nəfər ölüb

Tarix:
Çində müəmmalı partlayış nəticəsində 7 nəfər ölüb
Reklam

Çinin Quansi-Çjuanq muxtar bölgəsində müəmmalı faciə baş verib.

Reyting.az “Sinxua” xəbər agentliyinə istinadla bildirir ki, 7 nəfərin ölümü ilə nəticələnən hadisə ötən gecə saatlarında Quilin şəhərinin Xing'an qraflığında qeydə alınıb. 

İlkin araşdırmalar qaz partlayışı versiyasını istisna edib. Polis hadisənin səbəbləri ilə bağlı əlavə araşdırmaları davam etdirir. 

Partlayışın mahiyyəti və mümkün uşaq itkiləri ilə bağlı təfərrüatlar açıqlanmır. Hadisə yerində təcili yardım xidmətləri və müstəntiqlər işləyir.

Yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir. Yerli hakimiyyət orqanlarından əlavə rəsmi açıqlama daxil olmayıb.

V. Quliyev
 

Reklam