Çinin cənubundakı Lyuçjou şəhərində 5,2 bal gücündə baş verən zəlzələdən sonra 7 mindən çox insan təxliyə edilib. Üç nəfər itkin düşüb, dörd nəfər isə xəstəxanaya yerləşdirilib.
Reyting.az xəbər verir ki, “Nanfang Daily” qəzetinin məlumatına görə, 13 yaşayış binasına ciddi ziyan dəyib.
Fövqəladə hallar xidmətləri, yanğınsöndürənlər və polis xilasetmə işlərini davam etdirir. Bölgədə 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib. Dövlət Şurasının Zəlzələdən Xilasetmə Qərargahı və Fövqəladə Hallar Nazirliyi yerli yardım səylərini dəstəkləmək üçün təbii fəlakətdən zərər çəkmiş əraziyə işçi qrupu göndərib.
V. Quliyev