Çinin şimal-qərbindəki Çinqhay əyalətinin Haixi Monqol və Tibet Muxtar Prefekturasında axşam saatlarında 10 kilometr dərinlikdə 6,3 bal gücündə zəlzələ baş verib.
Reyting.az-ın məlumatına görə, zəlzələdən sonra ölən və yaralananlar barədə məlumat verilib.
Episentrə yaxın məktəblərdən və kömür mədənlərindən insanlar təxliyə edilib.
Zəlzələ xilasetmə və yardım mərkəzinin açıqlamasına görə, bir nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb. Yaralılar müalicədən sonra evə buraxılıblar.
V. Quliyev