Advert
Advert

Çinin digər ölkələrdə 1,5 trilyon dollar sərmayəsi var 

Tarix:
Çinin digər ölkələrdə 1,5 trilyon dollar sərmayəsi var 
Reklam

Son iyirmi il ərzində Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməklə bərabər, həm də qlobal investisiya bazarında əsas oyunçulardan biri olub.

Reyting.az xəbər verir ki, 2005-2025-ci illərdə Çinin müxtəlif şirkətləri xarici ölkələrə ümumilikdə 1,5 trilyon dollardan çox sərmayə yatırıb.

Sərmayə kimi yatırılan vəsaitin yarıdan çoxu - 806,8 milyard dolları 10 ölkənin payına düşür. İnfoqrafik göstəricilərə əsasən, ən çox sərmayə ABŞ-a (204 mlrd $) yönəlib ki, bu da 204 milyard dollar deməkdir. 

İlk onluqda əsasən inkişaf etmiş ölkələr yer alıblar. Bir çox Çin şirkətləri Avstraliyaya 108,1 milyard dollar, Böyük Britaniyaya isə 106,6 milyard dollar həcmində sərmayə yatırıblar. 

Çin İsveçrə, Kanada, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələrə də böyük kapital qoyub. 

Yeni statistik siyahıda Braziliya (78,9 milyard dollar) və İndoneziya (49,4 milyard dollar) xüsusi diqqət çəkir. 

Məlumata görə, 2025-ci ildə Çin investisiyasını ən çox cəlb edən ölkə Braziliyadır.

Çinin tərəfdaşı sayılan Sinqapur da bu ölkə üçün mühüm investisiya mərkəzi olmağı ilə seçilir. 2005-ci ildən bəri Sinqapur Çinə məxsus olan ən böyük şirkətləri dəvət etməklə, təxminən 46 milyard dollardan çox vəsait cəlb edə bilib. Bu ölkə ilə müqayisədə Hindistan həmin dövrlərdə Çin tərəfindən cəmi 17,3 milyard dollarlıq investisiya alıb ki, bunun da səbəbi iki ölkə arasında davam edən gərginliklərlə izah olunur.

Bildirilir ki, Çinin xarici investisiyalarında əsas rolu dövlətə məxsus şirkətlər oynayır. Xüsusilə də enerji və infrastruktur sahələrində çoxşaxəli, eyni zamanda güvənli fəaliyyət göstərməyi çox yüksək peşəkarlıqla bacaran dövlət şirkətləri resurs təminatını gücləndirməklə, inkişaf etməkdə olan qlobal bazarda etibar qazanırlar. Bu isə Çinin özəl, əsasən dövlət şirkətlərinin mövqelərini dünya bazarında daha da genişləndirib, möhkəmləndirmək məqsədi daşıyır.

Oqtay QORÇU
 

Reklam