ABŞ-ın Milli Kəşfiyyat Direktoru vəzifəsini icra edən Bill Pulti agentlikdə genişmiqyaslı ixtisarlara başlayıb.
Reyting.az xəbər verir ki, CNN-in mənbəyə istinadla yaydığı məlumata görə, ixtisarlar xüsusilə Milli Terrorla Mübarizə Mərkəzi və Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzini əhatə edə bilər.
Telekanalın məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp Pultini müvəqqəti rəhbər təyin edərkən ondan işçi sayının azaldılmasını gözləyirdi. Bildirilir ki, Pulti vəzifəyə başladıqdan dərhal sonra bütün əməkdaşların siyahısını tələb edib.
Xatırladaq ki, iyunun əvvəlində Tramp “The Wall Street Journal” nəşrinə müsahibəsində Pultiyə kadr ixtisarları prosesinə başlamağı tapşırdığını açıqlamışdı.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Milli Kəşfiyyat Direktoru Ofisinin həddindən artıq böyük olduğunu düşünür.
V. Quliyev