Amerikalı sahibkar və media rəhbəri Ted Terner 87 yaşında dünyasını dəyişib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı onun təsis etdiyi CNN yayıb.
CNN Worldwide-ın sədri və baş direktoru Mark Tompson deyib ki, "Ted çox fəal və sadiq bir lider, cəsarətli, qorxmaz və həmişə öz fikrini dəstəkləməyə, öz mühakiməsinə etibar etməyə hazır idi. O, CNN-nin aparıcı ruhu olub və həmişə də belə qalacaq".
Qeyd edək ki, Turner 19 noyabr 1938-ci ildə Sinsinnatidə bir reklam agentliyinin sahibinin ailəsində anadan olub. 1980-ci ildə o, xəbərlərin sürətli çatdırılması və daha sonra qlobal inkişafları real vaxt rejimində yayımlaması ilə tanınan 24 saatlıq kabel xəbər kanalı CNN-i (Kabel Xəbərləri Şəbəkəsi) təsis edib.
V. Quliyev