Dəm qazı Bakıda ər və arvadın həyatına son qoyub.
Reyting.az xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu ərazisində qeydə alınıb.
1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü həyat yoldaşı Ülviyyə Məmmədova Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən, kirayə yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.
Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.