Advert
Advert

Dəməşq və Vaşinqton ikitərəfli münasibətləri müzakirə ediblər

Tarix:
Dəməşq və Vaşinqton ikitərəfli münasibətləri müzakirə ediblər
Reklam

Suriyanın keçid dövrü üçün prezidenti Əhməd əş-Şara və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub. 

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Suriya liderinin mətbuat xidməti məlumat yayıb. 

Açıqlamaya görə, tərəflər ikitərəfli münasibətləri və Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. Söhbət zamanı əş-Şaraa regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verən qarşılıqlı maraq doğuran məsələlər üzrə təmasların və koordinasiyanın davam etdirilməsinin vacibliyini qeyd edib.

Bundan başqa, Suriya lideri vurğulayıb ki, ABŞ-ın Dəməşqə qarşı qalan sanksiyalarının götürülməsi Suriyada iqtisadi fəallığın bərpası və ölkə əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımdır.

E. Kamal
 

Reklam