Advert
Advert

Dağıstan hökumətinə yeni rəhbər təyin edilib

Tarix:
 Dağıstan hökumətinə yeni rəhbər təyin edilib
Reklam

Dağıstan hökumətinin başçısı postuna bu vəzifəni müvəqqəti icra edən Maqomed Ramazanov təyin edilib.

Reyting.az yerli mediaya istinadla xəbər verir ki, müvafiq sərəncamı muxtar respublikanın başçısı vəzifəsini icra edən Fyodor Şukin imzalayıb. 

M. Ramazanov bundan əvvəl Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini vəzifəsində çalışıb. 

Qeyd olunur ki, respublika hökuməti yeni hökumət formalaşana qədər indiki tərkibdə fəaliyyətini davam etdirəcək.

Aprelin 30-da Rusiya Prezidenti Vladimir Putin Dağıstan Xalq Məclisinin nümayəndələri ilə görüşündə 2020-ci ildən regionun rəhbəri kimi çalışan Sergey Melikovun səlahiyyətlərinin başa çatdığını elan edib.

Y. Qacar
 

Reklam