Kriminal aləmdə “Dato Ağcabədinski” kimi tanınan Cavid Məmmədov barəsində cinayət işi açılıb. O, cinayət iyerarxiyasında ən yüksək mövqe tutmaqda şübhəli bilinir.
Bu barədə mayın 21-də məlumat yayılıb.
İstintaqın məlumatına görə, o, 2013-cü ildən paytaxt regionundakı islah müəssisələrindəki proseslərə nəzarət edib və “obşak” adlandırılan ümumi cinayət fondunu idarə edib. Bundan başqa, o, Rusiyanın xüsusilə təhlükəli cinayətkarlar üçün nəzərdə tutulmuş məşhur Vladimir Mərkəzi həbsxanasında “nəzarətçi” olub.
2016-cı ildə Ağcabədinskinin klanı ilə kriminal aləmdə tanınmış digər “qanuni oğru” Nadir Səlifov arasında münaqişə başlayıb. Qarşıdurma bir neçə azərbaycanlı “qanuni oğru” arasındakı konflikt fonunda yaranıb.
2020-ci ildə Loto Quli Türkiyədə restoranda güllələnərək öldürülüb. Cinayəti onun kriminal aləmdəki ən yaxın silahdaşlarından biri olan killer Xan Bakınski törədib.
Dato Ukraynada üç dəfə saxlanılıb və hər dəfə bundan sonra onun ölkəyə girişinə qadağa qoyulub. Ona Rusiyaya giriş də qadağan edilib.
Məlumata görə, cinayət işi üzrə kriminal avtoriteti 8 ildən 15 ilədək həbs cəzası gözləyir. Hüquq-mühafizə orqanları hazırda onun yerini müəyyən etməyə çalışırlar/Lent.az