2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
Reyting.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Portuqaliya və Xorvatiya milliləri üz-üzə gəliblər.
Görüş Bakı vaxtı ilə saat 03:00-da start götürüb.
İlk hissədə hesab açılmayıb.
İkinci yarı Xorvatiyanın qoluyla başlayıb. 53-cü dəqiqədə İvan Perişiç fərqlənib: 1:0.
Portuqaliya 68-ci dəqiqədə hesabı bərabərləşdirib. Kriştiano Ronaldo xorvatların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib.
90+4-cü dəqiqədə Portuqaliya 2-ci qolu vurub. Qonsalo Ramoş başla dəqiq oynayıb: 2:1.
Matç bu hesabla başa çatıb və Portuqaliya adını növbəti mərhələyə yazdırıb.
Portuqaliya 1/8 finalda İspaniya millisi ilə qarşılaşacaq.
DÇ-2026
1/16 final
3 iyul
03:00. Portuqaliya – Xorvatiya 2:1
Qol: İ. Perişiç, 53, Ronaldo, 68, Q. Ramoş, 90+4
Portuqaliya: Kosta, Kanselo, Diaş, Veyqa, Mendeş, Neveş, Vitinya, Neto, Fernandeş, Leao, Ronaldo
Xorvatiya: Livakoviç, Perişiç, Ponqraçiç, Şutalo, Stanişiç, Kovaçiç, Modriç, Baturina, Suçiç, Vlaşiç, Budimir.(ApaSport)