2026-cı il dünya çempionatında I qrupunun II turunun oyunları keçirilib.
Reyting.az xəbər verir ki, Norveç millisi Seneqalla qarşılaşıb.
Matç Bakı vaxtı ilə saat 04:00-da başlayıb.
Oyunda hesabı 43-cü dəqiqədə Norveç millisi açıb. Pedersen şimallıları önə keçirib. 48-ci dəqiqədə Haaland hesabı 2:0 edib.
Bu qoldan 5 dəqiqə sonra Seneqal İsmailla Sarrla fərqi azaldıb.
58-ci dəqiqədə Norveç yenidən fərqi 2 topa çatdırıb. Haaland dublunu rəsmiləşdirib.
Haalanda yenə Sarr cavab verib. Seneqallı futbolçu 90+3-cü dəqiqədə hesabı 3:2 edən qolu vurub.
Afrikalıların bundan artığına gücü çatmayıb və görüş Norveçin 3:2 hesablı qələbəsiylə başa çatıb.
Dünya çempionatı
I qrupu, II tur
23 iyun
04:00. Norveç – Seneqal 3:2
Qol: M. Pedersen, 43, E. Haaland, 48, 58, İ. Sarr, 53, 90+3
Norveç: Nyland, Ryerson, Ayer, Heqqem, Vulfe, Odeqard, Berge, Aursnes, Nusa, Sörlot, Haaland
Seneqal: Mendi, Diatta, Kulibali, Nyakate, Diuf, İdrissa Qeye, Pap Qeye, Kamara, İsmaila Sarr, Mane, Cekson.( Apasport)