Advert
Advert

DÇ: Braziliya millisi yenidən liderliyə yüksəlib 

Tarix:
DÇ: Braziliya millisi yenidən liderliyə yüksəlib 
Reklam

Braziliya millisi dünya çempionatları (DÇ) tarixinin ən məhsuldar komandaları siyahısında yenidən liderliyə yüksəlib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı turnirin rəsmi statistika idarəsi yayıb.

2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Haiti yığmasını 3:0 hesabı ilə məğlub edən "pentaçempionlar" qollarının sayını 241-ə çatdırıblar. İlk turdan sonra turnirdəki ikinci oyununu hələ keçirməyən Almaniya (239) braziliyalıları qabaqlasa da, bu qələbə ilə "Sambaçılar" birinciliyi geri qaytarıblar.

Qeyd edək ki, Braziliya dünya çempionatı tarixində 5 dəfə kuboku qazanaraq ən çox tituluı olan komandadır. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi cari turnir isə iyulun 19-da başa çatacaq.(Matc.az)

Reklam