Xəbər verdiyimiz kimi, sabiq deputat Etibar Əliyev öz sosial şəbəkə hesabında Qərbi Azərbaycan İcması (QAİ) barədə narazılıqlarını dilə gətirib.
"Qərbi Azərbaycan İcmasının nəzdindəki Ziyalılar Şurasını şəxsi mənafelərin qurbanına çeviriblər" deyən E.Əliyev Ziyalılar Şurasına üzv olsa da, iclaslara çağırılmadığını, Qərbi Azərbaycan televiziyasına buraxılmadığını, ona qarşı qərəzli münasibət göstərildiyini bildirib.
Pravda.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün QAİ-nin İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli ilə əlaqə saxlayıb.
Ə.Ələkbərli əməkdaşımızın suallarına cavab verməkdən yayınaraq bunları deyib: "Etibar Əliyev yazını silib, bu gündəm bağlandı..."
Pravda.az-ın əməkdaşı paylaşımın hələ də E.Əliyevin sosial şəbəkə hesabında qaldığını bildirsə də, Əziz Ələkbərli “Səhifəsindən silib. Özü zəng etdi ki, yazını silmişəm” deyərək məsələyə aydınlıq gətirmək istəməyib.
Etibar Əliyev isə zənglərə cavab verməyib.