Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.
Reyting.az məlumatına görə, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifədən azad edilib.
O, 2016-cı ildən bu vəzifədə çalışırdı.
Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim təyinatı imzalanıb. Bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək “Caspian International” Hospitalın baş həkimi işləyib. N. Axundova Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertidir.
Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.(ölkə.az)
