Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Gəncə “İmamzadə” ziyarətgahının imamı Hacı Tahir Abbasov Bakıda xəstənaya yerləşdirilib.
Reyting.az-ın məlumatına görə, “İmamzadə” ziyarətgah kompleksindən bildiriblər ki, Hacı Tahir Abbasov görmə qabiliyyətini itirir və təcili cərrahi əməliyyata ehtiyacı yaranıb.
Qeyd olunur ki, əməliyyat 07 may 2026-cı ildə Bakıda ixtisaslaşmış tibb müəssisəsində həyata keçiriləcək.