“Əgər razılaşma əldə etsək, İran lideri Xamnəi ilə görüşməyim tamamilə mümkündür”.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə jurnalistlərə bildirib.
O qeyd edib ki, görüşə razılıq əldə edilə bilər.
Donald Tramp ardınca bildirib ki, Müctəba Xamnəi ilə görüşə can atmır, lakin görüş baş tutsa, bu, ABŞ Prezidenti üçün şərəf olardı.
Tramp bu həftənin sonu İranla razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.
Bir gün əvvəl D. Tramp Vaşinqton və Tehran arasında danışıqların uğurla davam etdiyini açıqlamışdı.
Y. Qacar