“Orion” kosmik gəmisini daşıyan raket Kanaveral burnundan kosmosa buraxılıb.
Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, “Artemida II” missiyasının tərkib hissəsi olaraq dörd astronavt Ay ətrafında dövr edəcək. Ekipaj 24 saat ərzində bütün həyati dəstək sistemlərini sınaqdan keçirəcək.
Rid Vaysmanın rəhbərlik etdiyi dörd nəfərdən ibarət “Artemis II” ekipajı 10 gün ərzində Ay ətrafında dövr etdikdən sonra Yerə qayıdacaq. Bu, son 50 ildən çox müddətdə Aya insanın ilk yaxınlaşması və onun bugünədək Aya etdiyi ən uzun kosmik səyahəti olacaq.
V. Quliyev