Advert
Advert

Dörd vulkan püskürməsi baş verib

Tarix:
Dörd vulkan püskürməsi baş verib
Reklam

İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanında ən azı dörd yeni püskürmə qeydə alınıb.

Reyting.az xəbər verir ki, bunu ölkədəki Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bildirib. 

Məlumata görə, kül vulkanın kraterindən 900 metr və ya dəniz səviyyəsindən 4576 metr yüksəkliyə çatıb. Püskürmə ilə yanaşı, qərbə doğru yayılan sıx boz kül buludları da müşahidə olunub. Daha üç Semeru püskürməsi külü 4,2 km-dən 4,4 km-ə qədər yüksəkliklərə atıb.

Vulkanologiya Mərkəzi vulkanın isti qayaları püskürtmə riski səbəbindən yaxınlıqdakı ərazilərin sakinlərinə və turistlərə kraterdən 5 km radiusa yaxınlaşmağı qadağan edib. Təcili yardım xidmətləri yaxınlıqdakı çaylar boyunca lava axınları, isti buludlar və palçıq axınları riski barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Semeru İndoneziyada dördüncü ən yüksək vulkandır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.

V. Quliyev
 

Reklam