Advert
Advert

"Dota 2" oyunçularının IQ səviyyəsi daha yüksəkdir

Tarix:
Reklam

İntellektual qabiliyyətləri ilə seçilən "Dota 2" oyunçularının digər oyunçularla müqayisədə daha yüksək IQ göstəricilərinə malik olduqları müəyyən edilib.

Reyting.az xəbər verir ki, bu nəticə ABŞ-da aparılmış araşdırmalar əsasında əldə olunub.

"WhichBingo" ekspertlərinin apardığı tədqiqat göstərib ki, ABŞ-da ən yüksək orta IQ göstəricisi məhz "Dota 2" oyunçularına məxsusdur.

Araşdırma çərçivəsində 18 yaşdan yuxarı 1010 oyunçu verbal, riyazi, məntiqi və vizual düşüncə qabiliyyətlərini ölçən IQ testindən keçib. Yekun nəticələrə əsasən, "Dota 2" oyunçularının orta IQ göstəricisi 120,8 bal olub.

Siyahıda ikinci yeri 120,2 balla "League of Legends" oyunçuları tutub. Üçüncü yerdə isə orta IQ göstəricisi 118,3 bal olan "Counter-Strike" oyunçuları qərarlaşıb.

Araşdırmada ən aşağı nəticə futbol simulyatoru olan "EA Sports FC 26" oyunçularında qeydə alınıb. Onların orta IQ göstəricisi 90,4 bal təşkil edib.

Müxtəlif oyun platformaları üzrə də fərqlər müşahidə olunub. Mütəxəssislərin sözlərinə görə, ən yüksək orta IQ göstəricisi kompüter istifadəçilərində qeydə alınıb və 114,8 bal olub. Ən aşağı göstərici isə telefon və planşet istifadəçilərində müəyyən edilib - 100,2 bal.

Bundan əlavə, araşdırma qadın oyunçuların orta IQ səviyyəsinin kişi oyunçuların göstəricisindən daha yüksək olduğunu ortaya qoyub. Nəticələrə görə, qadın oyunçuların orta IQ göstəricisi 108,1 bal, kişi oyunçuların isə 106,7 bal olub.

Oqtay Qorçu
 

Reklam