Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
Reyting.az xəbər verir ki, Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü Füzuli Beynəlxalq Hava Limanında Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşılayıb.