Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya ilə bağlı apardığı araşdırmanı başa çatdırıb.
Reyting.az xəbər verir ki, bu barədə Antiinhisar Dövlət Agentliyi məlumat yaylıb.
Bildirilib ki, araşdırma Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtında rəqabət orqanına təqdim edilməməsi ilə bağlı aparılıb, sözügedən maddənin tələblərinin pozulması əlamətləri müəyyən edilib.
Bununla belə, araşdırma yekunlaşana qədər qanunvericiliyin pozulması halı könüllü şəkildə aradan qaldırılıb. Bu səbəbdən Antiinhisar Nəzarət Dövlət Agentliyi araşdırmaya xitam verilməsi barədə qərar qəbul edib.