ABŞ, İsrail və İran arasında davam edən münaqişə daha təhlükəli mərhələyə keçib.
Reyting.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp deyib ki, yaxın vaxtlarda razılaşma əldə olunmasa, İranın neft obyektləri, enerji infrastrukturu, hətta sutəmizləmə sistemləri hədəfə çevrilə bilər.
Hazırda ABŞ və İsrailin İrana hava zərbələri davam edir. İran və ona bağlı qüvvələr isə region ölkələrinə raket və dron hücumları ilə cavab verir.
Livanda “Hizbullah” mövqelərinə də zərbələr genişlənib. Diplomatik danışıqların aparıldığı deyilsə də, tərəflər bunu fərqli təqdim edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, münaqişə regional müharibədən qlobal təhlükəsizlik böhranına çevrilə bilər.
Y. Qacar