Advert
Advert

Dünya çempionatı: 8 şahmatçımız mübarizəyə başlayır

Tarix:
Dünya çempionatı: 8 şahmatçımız mübarizəyə başlayır
Reklam

Azərbaycanın 8 şahmatçısı İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Azərbaycan turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdidən ibarət heyətlə yollanıb.

14, 16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq. İlk turun partiyaları sabah oynanılacaq.

Qeyd edək ki, dünya çempionatı iyunun 26-da yekunlaşacaq.
 

Reklam