Advert
Advert

Dünya iqtisadi və enerji böhranına qədəm qoyub

Tarix:
Dünya iqtisadi və enerji böhranına qədəm qoyub
Reklam

“Dünyada ciddi iqtisadi və enerji böhranı yaranır, onun miqyası hər gün artır”. 

Reyting.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov əlavə edib ki, dünyada enerji resursları bazarı və şərtləri tamamilə dəyişib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki müharibənin yaratdığı vəziyyəti nəzərə alaraq, Rusiya enerji təchizatı üçün xeyli sayda sorğu alır və onların faydalarını maksimum dərəcədə artırmaq üçün danışıqlar aparır.

Kremlin sözçüsü əlavə edib ki, Moskva hazırda Budapeşt və Belqradla Rusiyanın enerji təchizatı ilə bağlı əlaqə saxlayır.

Daha əvvəl Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev mövcud qlobal vəziyyəti koronavirus pandemiyasının başlanğıcı ilə müqayisə etmiş və son dərəcə ciddi böhrana hazırlıq görməyə çağırmışdı.

Əvvəllər bildirilirdi ki, Avropa Birliyi enerji böhranının maliyyə böhranına çevriləcəyindən qorxur.

R. Rəcəbov
 

Reklam