Məşhur amerikalı genetik Kreyq Venter dünyasını dəyişib. Bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Reyting.az xəbər verir ki, böyük alim, tibbi texnologiyalar sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Venter ABŞ-ın San Dieqo şəhərində 79 yaşında vəfat edib.
Elm adamının ölüm səbəbi xərçəng xəstəliyindən müalicə zamanı yaranmış yan təsirlər göstərilir.
K. Venter həm də "Venter Celera Genomics" şirkətinin qurucusu olub. O, 2000-ci ildə "İnsan Genomu Layihəsi" ilə paralel şəkildə insan geninin demək olar ki, ilk variantda, qaralama formasında işlənib hazırlanan ardıcıllıqlarından birini əldə edib.
Bu məşhur alim həmçinin öz müasirləri arasında şəxsi genomun tam oxunuşunu ilk əldə edən elm xadimi kimi də tanınır. Venter eyni zamanda sintetik biologiya sahəsində də bir çox mühüm elmi yeniliklərləri ilə seçilib.
Oqtay Qorçu