Dünyaca məşhur reper Kanye Uestin İstanbuldakı Atatürk Olimpiya Stadionunda düzənlənən konsertinə 118 min tamaşaçı gəlib. Bununla da, Uestin konserti tamaşaçı sayına görə yeni rekorda imza atıb.
Reyting.az “Turkiye Today”-a istinadla xəbər verir ki, dünən yerli vaxtla saat 21:00-da başlayan konsertə Türkiyənin hər yerindən və xaricdən - Rusiya, Qazaxıstan, İngiltərə, Almaniya, ABŞ və Polşadan minlərlə pərəstişkarları toplaşıb.
Məlumatda deyilir: “Dron görüntüləri böyük bir tamaşanı əks etdirirdi: on minlərlə insan stadionu doldurmuşdu. Sənətçi xüsusi olaraq quraşdırılmış səhnə-platformada çıxış edirdi...”.
V. Quliyev