Advert
Advert

Dünyada demoqrafik böhran dərinləşir

Tarix:
Dünyada demoqrafik böhran dərinləşir
Reklam

Dünyada doğum səviyyəsi baxımından fərqlər getdikcə daha qabarıq xarakter alır. Nəticədə Avropanın böyük hissəsində, eləcə də Şimali və Cənubi Amerikanın əksər ölkələrində, həmçinin Şərqi Asiyada hər bir qadına düşən uşaq sayı əhalinin özünü təkrar istehsalı üçün zəruri hesab olunan 2,1 göstəricisindən xeyli aşağıdır.

Reyting.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) 2026-cı il üzrə demoqrafik proqnozlarında qeyd olunub.

Mütəxəssislərin fikrincə, bu vəziyyət qlobal demoqrafik parçalanmanın və dərinləşən əhali böhranının göstəricisidir. Onlar hesab edirlər ki, dünya uzunmüddətli sosial-iqtisadi nəticələr doğura biləcək ciddi demoqrafik çağırışlarla üzləşib.

Ekspertlər bildirirlər ki, Afrika ölkələrinin əksəriyyətində, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Cənub-Şərqi Asiyanın bir sıra dövlətlərində doğum səviyyəsi hələ də əhalinin təkrar artımı üçün tələb olunan həddən yuxarıdır.

Mütəxəssislərin qənaətinə görə, ölkələr arasında yaranan bu demoqrafik fərq əhalinin qocalmasını sürətləndirir, əmək bazarında ciddi dəyişikliklərə səbəb olur, miqrasiya axınlarını artırır və uzunmüddətli iqtisadi inkişaf perspektivlərinə əhəmiyyətli təsir göstərir.

Oqtay Qorçu
 

Reklam