Advert
Advert

Dünyada ilk gəmi tunelinin tikintisinə başlayırlar

Tarix:
Dünyada ilk gəmi tunelinin tikintisinə başlayırlar
Reklam

Norveç hökuməti dünyada ilk dəfə iri dəniz gəmiləri üçün nəzərdə tutulmuş tunelin tikintisinə hazırlaşır. Qərb sahilində yerləşəcək və "Stad Ship Tunnel" adlanan böyük layihənin tikintisinə Norveç hökuməti ölkə parlamentində yekun büdcə ilə bağlı təsdiqlənmədən az sonra - 2027-ci ildə başlamağı planlaşdırır.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, 1,7 kilometrlik  tunel təhlükəli Stadhavet dəniz sahəsini keçmədən gəmilərin təhlükəsiz hərəkətini təmin edəcək. 

Qeyd olunur ki, yeni layihənin ümumi dəyəri təxminən 805 milyon dollar həcmindədir. 

Rəsmilərin açıqlamalarına görə, gəmi üçün tunelin hündürlüyü 50 metr, eni isə 36 metr olacaq, həmçinin bu tuneldən balıqçı gəmiləri, bərələr və kruiz laynerləri də daxil olmaqla müxtəlif dəniz nəqliyyatları üzə biləcək.

Mütəxəssislərin fikrincə, bu tunelin tikintisi 5 ilədək davam edəcək, lakin bununla belə uğurlu nəticələr əldə olunacaq. Ekspertlərə görə, əslində, Norveç hakimiyyəti layihənin yanacaq sərfiyyatını, tullantıları azaltmaqla yanaşı, yükdaşımaları sürətləndirəcəyinə və turizmin inkişafına böyük töhfə verəcəyinə ümid edir ki, bu da hökumətin gəmi tuneli ilə bağlı dəqiq hesablamalar aparmasından xəbər verir.

Oqtay Qorçu
 

Reklam