Advert
Advert

Dünyada ilk super dəniz tədqiqat platforması qururlar

Tarix:
Dünyada ilk super dəniz tədqiqat platforması qururlar
Reklam

Çin, Şanxay ərazisində dənizin dərinliyində və istənilən çətin hava şəraitində sərbəst üzməklə, işləyə bilən yeni elmi stansiyanın qurulmasına start verib. "Açıq dənizin üzən adası" adlandırılan bu platforma dünyada ilk belə miqyaslı dəniz tədqiqat kompleksi olacaq.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildiriblər ki, yeni platforma sərt okean şəraitində fasiləsiz işləmək üçün nəzərdə tutulub və onun missiyasını dəniz texnologiyalarının inkişafı, həmçinin okean resurslarının öyrənilməsi və digər fundamental elmi araşdırmalar əhatə edəcək.

Məlumata görə, Çinin bu layihəsi əsasən üç hissədən ibarətdir ki, bura da mərkəzi üzən platforma, elmi gəmilər donanması və sahil dəstək infrastrukturu daxildir. 

Yerli mütəxəssislərin fikrincə, dünyanın ilk nəhəngi olacaq yarım-batırılan iki gövdəli bu yeni konstruksiya platformaya yüksək dayanıqlıq verəcək və yüzlərlə tonluq dərin dəniz avadanlıqlarının sınağına çox geniş imkan yaradacaq. Sistem 10 000 metrədək dərinliklərdə tədqiqatlar apara biləcək ki, bu da dünyada bir ilkdir. 

"Üzən ada"nın tikintisi 2030-cu ilə qədər tamamlanacaq. Tam istifadəyə verildikdən sonra bu yeni platforma dərin dəniz hasilatı, neft-qaz infrastrukturu və digər texnologiyaların real şəraitdə sınağı üçün açıq dəniz poliqonuna çevriləcək.

Oqtay QORÇU

Reklam