Advert
Advert

Dünyada ən çox hansı göz rəngi yayılıb? 

Tarix:
Dünyada ən çox hansı göz rəngi yayılıb? 
Reklam

Dünyada göz rənglərinin paylanması ilə bağlı yeni infoqrafika böyük maraq doğurub. Araşdırmalar göstərir ki, Yer əhalisinin təxminən 70-79 faizi qəhvəyi göz rənginə malikdir.

Reyting.az-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, qəhvəyi göz rəngi xüsusilə Afrika, Asiya və ABŞ-ın bəzi bölgələrində üstünlük təşkil edir.

Alimlərin ümumi qənaətinə görə, təxminən 10 min il əvvəl Yer üzündə yaşayan insanların hamısının göz rəngi qəhvəyi olub. Sonrakı dövrlərdə baş verən genetik mutasiyalar isə fərqli göz rənglərinin yaranmasına şərait yaradıb.

Mavi göz rəngi dünya əhalisinin təxminən 10 faizində müşahidə olunur. Bu göz rəngi əsasən Şimali və Şərqi Avropa ölkələrində yayılıb. Fındıq çalarlı gözlərə isə daha çox Şimali Afrika, Yaxın Şərq, eləcə də Braziliya və İspaniyada rast gəlinir.

Araşdırmaçıların fikrincə, boz və yaşıl gözlər dünyanın ən nadir göz rəngləri olaraq qalır. Bu rənglərə daha çox İrlandiya, Şotlandiya və İslandiya kimi günəş işığının nisbətən zəif olduğu bölgələrdə rast gəlinir.

Mütəxəssislər hesab edirlər ki, göz rənglərinin müxtəlifliyi təkcə insanlığın genetik tarixini deyil, həm də qədim miqrasiya yollarını öyrənmək baxımından mühüm elmi məlumat mənbəyidir.

Oqtay Qorçu
 

Reklam