Advert
Advert

Dünyada su qıtlığı artır

Tarix:
 Dünyada su qıtlığı artır
Reklam

Dünyanın bir sıra ölkələrində su istehlakı təbii bərpa imkanlarını üstələyir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, "su stresi" göstəricisi 100 faizi keçən ölkələr ildə əldə etdiklərindən daha çox şirin su istifadə edirlər ki, bu da qıtlıq fəlakətindən xəbər verir. 

Reyting.az bildirir ki, su qıtlığı ilə üzləşən ölkələr siyahısında Küveyt (3850%) böyük fərqlə öndədir. 

Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (1509,9%), Səudiyyə Ərəbistanı (974,2%), Liviya (817,1%), və Qətər (431) də su qıtlığı ilə üzləşiblər. 

Hesabatda qeyd olunur ki, Pakistan (110%) ilə İordaniya (105%) da kritik həddi keçib. Çin Xalq Respublikası (41,5%) və ABŞ-da (28,2%) su qıtlığı aşağı həddədir.

Yüksək səviyyədə su qıtlığı qorxusu əsasən Yaxın Şərqdə və Şimali Afrikada müşahidə olunur. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi quraq iqlim, məhdud su ehtiyatı və yüksək tələbatdır.

Hazırda bununla bağlı böyük layihələrə imza atan, həmçinin su qıtlığı yaşayan ölkələr problemi əsasən yeraltı suların istifadəsi və dəniz suyunun duzsuzlaşdırılması ilə həll etməyə çalışırlar. 

Qeyd edək ki, iqlim dəyişiklikləri fonunda su artıq strateji resursa çevrilib.

Oqtay Qorçu

Reklam