Çin 2030-cu illərin ortalarına qədər Tsinxay əyalətindəki Sayşiten adlı dağın zirvəsində dünyanın ən böyük astronomiya mərkəzini quracaq. Hazırda burada Yer üzünün ən güclü optik teleskoplarından biri inşa edilir.
Reyting.az Çin mətbuatına istinadla xəbər verir ki, diametri 6,5-14,5 metr olan bu teleskoplar kiçik cihazlarla fəaliyyət göstərəcək.
Alimlər bildiriblər ki, yeni kompleksin ümumi işıq toplamaq gücü hətta Havayda yerləşən Mauna-Kea rəsədxanalarının texnoloji imkanlarını da üstələyəcək.
Hazırda 2,5 milyard yuan dəyərində 14,5 metrlik Böyük Optik Teleskop "LOT"un, eləcə də uzunluğu 6,5 metr olan, "MUST" adlanan Çoxobyektli Baxış Teleskopunun tikintiləri üçün böyük ərazi hazırlanır. Layihənin üzərində çalışan alimlərin sözlərinə görə, hazırda bu ərazidə teleskoplar üçün güzgülərin cilalanmasına və elmi avadanlıqların hazırlanması işlərinə başlanılıb.
Oqtay Qorçu