Dünyanın ən işlək 10 dəmiryolu vağzalının yer aldığı siyahıya Yaponiya liderlik edir. Yeni reytinqdə ilk sırada ildə təxminən 1,16 milyard sərnişinə xidmət göstərən Tokionun Şincuku dəmiryolu vağzalı qərarlaşıb.
Reyting.az xəbər verir ki, siyahının növbəti pillələrində illik 1,02 milyard sərnişin axınına malik Şibuya vağzalı və 843 milyon sərnişi ilə İkebukuro dəmiryolu vağzalı yer alıb.
İlk beşlikdə Yaponiyanın Osaka-Umeda və Yokohama vağzalları da qərarlaşıb.
Yaponiya ilə yanaşı, Hindistanın Kəlküttə şəhərində yerləşən Haura və Sealda dəmiryolu vağzalları da dünyanın ən sıx sərnişin axınına malik nəqliyyat qovşaqları sırasında göstərilib.
Reytinqdə yer alan 10 mövqedən 8-nin Yaponiyaya məxsus olması ölkənin yüksək sıxlıqlı və geniş dəmiryolu şəbəkəsinin miqyasını bir daha nümayiş etdirir.
Ekspertlər vurğulayırlar ki, bu vağzallar təkcə nəqliyyat mərkəzləri deyil, həm də ticarət, ofis və əyləncə obyektlərinin cəmləşdiyi iri şəhər kompleksləri kimi fəaliyyət göstərirlər.

Oqtay Qorçu