Advert
Advert

Dünyanın ən böyük üzən balıq ferması istifadəyə verilib

Tarix:
Dünyanın ən böyük üzən balıq ferması istifadəyə verilib
Reklam

Çin ölkənin ən böyük üzən balıq fermasını istifadəyə verib. Bu, dünya üzrə ilk belə böyük balıqçılıq müəssisəsidir. 

Reyting.az-ın məlumatına  görə, mütəxəssislər bildiriblər ki, artıq bir neçə gündür dənizə buraxılan, Haynan sahillərində yerləşən "Hinhuan No. 1" platformasının ümumi su tutumu 64 min kubmetrdir. Üzən fermanın 4 min tondan çox balıq istehsal edəcəyi qeyd olunur.

Balıqçılıq ferması həmçinin turizm məqsədləri üçün də istifadə olunacaq. Balıq ferması tufanlara və güclü dalğalara qarşı davamlı inşa edilib və təhlükəsizliyinə tam zəmanət verilir. 

Ekspertlərin fikrincə, müasir və dünyada ilk olan bu layihə Çinin dəniz iqtisadiyyatının inkişafında yenilik olmaqla yanaşı, həm də sənaye obyektlərini quru ərazilərdən suya daşımaq strategiyasının daha bir yaxşı nümunəsi hesab olunur.

Oqtay Qorçu


 

Reklam