Advert
Advert

Dünyanın ən güclü altı döyüş dronunun ikisi Türkiyə istehsalıdır

Tarix:
 Dünyanın ən güclü altı döyüş dronunun ikisi Türkiyə istehsalıdır
Reklam

Müasir dövrdə müharibələrin taleyini təkcə döyüş meydanları deyil, ölkələrin müdafiə sənayesində əldə etdikləri nailiyyətlər də müəyyənləşdirir. Dünyanın ən təsirli pilotsuz uçuş aparatlarının (PUA) siyahısı açıqlanıb və Türkiyə bu siyahıda iki sistemlə təmsil olunaraq diqqət çəkib.

Reyting.az xəbər verir ki, Türkiyə PUA sahəsində dünya liderliyi uğrunda mübarizə aparan ölkələr sırasında mövqeyini daha da möhkəmləndirib.

Beləliklə, dünyanın ən güclü və ən təsirli 6 döyüş dronunun siyahısı açıqlanıb:

* Altıncı yerdə “MQ-28 Ghost Bat” (ABŞ-Avstraliya istehsalı) qərarlaşıb.

* Beşinci yeri Rusiya istehsalı olan “S-70 Oxotnik/Hunter” tutur.

* Dördüncü pillədə Türkiyənin istehsalı olan “Bayraktar TB2” yer alıb.

* Üçüncü yerdə Çin istehsalı olan “Wing Loong 3” qərarlaşıb.

* İkinci pillədə Türkiyənin yeni nəsil pilotsuz döyüş təyyarəsi Bayraktar “KIZILELMA” göstərilib.

* Siyahının ilk sırasında isə ABŞ istehsalı olan “MQ-9B SkyGuardian” yer alıb.

Beləliklə, dünyanın ən güclü altı döyüş dronundan ikisinin Türkiyə istehsalı olması ölkənin müdafiə sənayesinin son illərdə qazandığı uğurların göstəricisi kimi qiymətləndirilir.

N. Orucov
 

Reklam