Dünyada ən uzun avtomagistrallarının yeni siyahısı tərtib olunub.
Reyting.az xəbər verir ki, 2026-cı ilin hesabatına görə, Avstraliya ərazisində yerləşən, uzunluğu 14 500 kilometrə çatan sahilboyu magistral bu siyahısında birincidir. Standartlara cavab verən bu uzun yol materikin ətrafını dolaşmaqla, bütün iri şəhərləri birləşdirir.
İkinci yerdə İndoneziyanın Bali adasındakı Denpasardan İranın Xosrəvi şəhərinə qədər uzanan, həmçinin 13 ölkədən keçən 13 177 kilometrlik "AH2" kimi tanınan böyük Asiya marşrutudur.
Reytinq cədvəlində üçüncü yerə yüksələn və uzunluğu 11 500 kilometr olan Şimali Panamerika adlı nəhəng şosse də dünyanın ən uzun yolları siyahısındadır.
Siyahıda dördüncü yeri Rusiyanın Sankt-Peterburq şəhərindən Vladivostoka qədər gedib çıxan və uzunluğunun demək olar ki, 11 min kilometrdən də artıq olduğu bildirilən Transsibir avtomagistralı tutur.
İnfoqrafikdə yer alan 15 ən uzun magistral yolun ümumi uzunluğu 146 394 kilometrdir ki, bu da Yer planeti ilə Ayın arasında olan məsafənin təxminən 38 faizinə bərabərdir.

Oqtay Qorçu