Advert
Advert

Dünyanın ən varlı futbolçuları - İlk onluqda kimlərin adı var?

Tarix:
Dünyanın ən varlı futbolçuları - İlk onluqda kimlərin adı var?
Reklam

Dünyanın ən varlı futbolçularının siyahısı tərtib olunub. Siyahıya Kriştiano Ronaldo başçılıq edir. 

Reyting.az xəbər verir ki, siyahı müxtəlif maliyyə reytinqləri, eyni zamanda analitik platformaların hesablamalarına əsasən hazırlanıb. 

Futbol ulduzlarının siyahısına başçılıq edən Portuqaliya millisinin kapitanı, hücumçu Kriştiano Ronaldonun futbol müqavilələri ilə yanaşı, reklamlardan əldə etdiyi gəlirlər, biznes layihələri və investisiyalar hesabına qazandıqları artıq 1 milyard ABŞ dollarını ötüb.

Ən varlı futbolçuların ilk onluğu belədir:

1. Kriştiano Ronaldo - təxminən 1,2 milyard dollar

2. Lionel Messi - təxminən 1,1 milyard dollar

3. Devid Bekhem - təxminən 1 milyard dollardan çox (keçmiş futbolçu)

4. Neymar - təxminən 350 milyon dollar

5. Kilian Mbappe - təxminən 250 milyon dollar

6. Deyv Uilan - təxminən 230 milyon dollar (keçmiş futbolçu və iş adamı)

7. Zlatan İbrahimoviç - təxminən 200 milyon dollar

8. Ueyn Runi - təxminən 170 milyon dollar

9. Ronaldinyo - təxminən 90 milyon dollar

10. Samuel Etoo - təxminən 95 milyon dollar.

Dünyanın məşhur futbolçuları kimi tanınıb daha sonra milyonçu və milyarder olanların sərvətinin əsas hissəsi ancaq meydandakı qazancdan və peşəkarlıq səviyyəsinə görə aldığı maaşdan formalaşmayıb. Məşhur futbolçular eyni zamanda reklam müqavilələrindən, o cümlədən şəxsi brendlərdən, daşınmaz əmlak bazarındakı investisiyalardan, həmçinin müxtəlif biznes layihələrindən də gəlir əldə ediblər. Varlılar sırasında olan futbolçuların bəziləri isə futbol karyeralarını başa vurduqdan az sonra hətta özlərini kinoda da sınayıblar. 

Lakin dünyanın ən zəngin futbolçularının siyahısına başçılıq edən Ronaldo ilə Messi xüsusi seçilirlər. Hazırda futbol karyeralarını davam etdirən, həm də dünyanın ən zəngin futbolçuları siyahısına liderlik edən Ronaldo və ikinci sırada olan Messi çoxşaxəli yatırımlardan, reklamlardan əldə etdikləri gəlirlər hesabına qazandıqları pullara görə, indiyədək müxtəlif brendlər, reklamlar üçün ən tələbatlı şəxslər sayılırlar. 

Mütəxəssislərin fikrincə, portuqaliyalı ulduz futbolçu Ronaldo, eləcə də dünya şöhrətli, Argentina futbolçusu Messi bu baxımdan idman tarixinin ən uğurlu kommersiya simalarından hesab olunurlar. 

Oqtay Qorçu
 

Reklam