Advert
Advert

Dünyanın ən yaxşı hava limanları: İstanbul da liderlər sırasındadır

Tarix:
Dünyanın ən yaxşı hava limanları: İstanbul da liderlər sırasındadır
Reklam

"AirHelp" şirkətinin 2026-cı il üzrə açıqladığı reytinqə əsasən, dünyanın ən yaxşı hava limanı Panamadakı Tokumen Beynəlxalq Hava Limanı seçilib.

Reyting.az xəbər verir ki, 76 ölkədən 279 hava limanını əhatə edən reytinq reyslərin punktuallığı, xidmət keyfiyyəti və sərnişin rahatlığı kimi əsas meyarlar üzrə hazırlanıb.

İlk beşlikdə Braziliyanın Fortaleza-Pinto Martins Hava Limanı, Recife Guararapes-Gilberto Freyre Hava Limanı və Brasilia-Presidente Juscelino Kubitsçek Beynəlxalq Hava Limanı ilə yanaşı, Cənubi Afrikanın Keyptaun Beynəlxalq Hava Limanı da yer alıb.

Avropada isə yüksək göstəriciləri ilə seçilən hava limanları arasında Danimarkanın Billund Hava Limanı, İspaniyanın Bilbao Hava Limanı, Norveçin Bergen Flesland Hava Limanı və Türkiyənin İstanbul Hava Limanı xüsusilə diqqət çəkib.

Reytinq cədvəlinin son sıralarında isə Portuqaliyanın Humberto Delgado Hava Limanı, Yunanıstanın Diaqoras və İraklion hava limanları, eləcə də Fransanın Nitsa Kote d’Azur Hava Limanı qərarlaşıb.

Mütəxəssislərin fikrincə, bu hava limanlarında xidmət səviyyəsinin aşağı olması, tez-tez yaşanan reys gecikmələri və sərnişin rahatlığının yetərincə təmin edilməməsi onların reytinqdə aşağı pillələrdə yer almasına səbəb olub.

Ekspertlər hesab edirlər ki, sözügedən hava limanlarının beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi üçün xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına ehtiyac var.

Oqtay Qorçu
 

Reklam