Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurub.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti "X" sosial şəbəkəsində məlumat paylaşıb.
İlham Əliyev qeyd edib ki, bu gün Prezident Emmanuel Makrondan telefon zəngi alıb: “Telefon söhbəti zamanı biz Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyindəki məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi apardıq. Biz həmçinin regional və qlobal hadisələri müzakirə etdik".