İsveçrə bərpa olunan enerji üçün dünyanın ən güclü axın tipli redoks batareyalarından birinin inşasına başlayıb. Yeni layihə ölkənin, həmçinin Avropanın elektrik şəbəkələrinin sabitləşdirilməsinə xidmət edəcək.
Reyting.az-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, bu tip batareyalarda enerji maye elektrolitlər vasitəsilə saxlanılır, eyni zamanda bol günəş şüaları ilə yanaşı, külək enerjisi hesabına doldurulur. Burada ancaq ehtiyat var, itki yoxdur, üstəlik, tələbat artdıqda toplanmış enerji yenidən şəbəkəyə ötürülür.
Yeni və böyük layihəni həyata keçirən "FlexBase Group" şirkəti Arqau kantonunun Laufenburq şəhərində 27 metr dərinliyində tikinti işlərinə başlayıb. Bu qurğunun gücü 1,2 giqavata çatacaq ki, bu da atom elektrik stansiyası səviyyəsindədir.
Layihə enerji şəbəkəsinin sabitləşdirməklə, təxminən 300 iş yerinin açılmasına imkan yaradacaq. Yeni layihənin 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılır.
Oqtay QORÇU