Advert
Advert

Epidemiya səbəbindən sərnişin təyyarəsinin enişinə icazə verilməyib

Tarix:
Epidemiya səbəbindən sərnişin təyyarəsinin enişinə icazə verilməyib
Reklam

Ebola epidemiyası səbəbindən sərnişin daşıyan “Air France” təyyarəsinin ABŞ-ın Detroyt şəhərinə enişi qadağan edilib.

Reyting.az xəbər verir ki, bu barədə Paddle Your Own Kanoo (PYOK) məlumat yayıb.

Təyyarə Fransanın Paris şəhərindən uçurmuş. Enişdən qısa müddət əvvəl təyyarədə olan bir şəxsin təhlükəli qızdırmanın hökm sürdüyü Afrika ölkəsində olduğu barədə məlumat yayılıb. Təyyarə sonda Kanadanın Monreal şəhərinə yönləndirilib. Bir şahid təyyarədəki hər kəsin maska taxdığını bildirib.

Daha sonra “Air France” rəsmi açıqlamasında izah edib ki, yeni qaydaya uyğun olaraq, Konqo Demokratik Respublikası da daxil olmaqla, müəyyən ölkələrdən ABŞ-a gələn sərnişinlər yalnız Vaşinqton hava limanı vasitəsilə ABŞ-a daxil ola bilərlər.

V. Quliyev
 

Reklam