Advert
Advert

Ermənistan beynəlxalq fonddan 80 milyon avro kredit götürür

Tarix:
Ermənistan beynəlxalq fonddan 80 milyon avro kredit götürür
Reklam

Ermənistan hökuməti büdcə kəsirini doldurmaq üçün OPEC Beynəlxalq İnkişaf Fondundan 80 milyon avro kredit götürəcək.

Reyting.az xəbər verir ki. bu barədə qərar cümə axşamı keçirilən Nazirlər Kabinetinin iclasında təsdiqlənib.

Müvafiq razılaşma hökumət və fond arasında aprelin 29-da əldə edilib.

Büdcə kreditləri alınarkən qəbul edilən təcrübəyə uyğun olaraq, hökumət dövlət idarəçiliyinin səmərəliliyini artırmaq üçün (vergi yığım dərəcələrini və maliyyə dayanıqlığını artırmaq məqsədi ilə) bir proqram hazırlamışdır.

Bu proqram əvvəllər Dünya Bankından (170,3 milyon avro dəyərində) başqa bir büdcə kreditini tamamlamaq üçün hazırlanmışdı və həmçinin kreditin OPEC Fondu ilə əlaqələndirilməsi üçün əsas kimi istifadə edilmişdir. Müqayisə üçün, Ermənistanın 2026-cı il üçün ümumi büdcə kəsiri 536,8 milyard dram və ya 1,263 milyard avro (bunların bir hissəsi kreditlərlə, əksəriyyəti isə dövlət istiqrazlarının buraxılması ilə ödəniləcək) səviyyəsində proqnozlaşdırılır.

Bu proqramın bəndlərindən biri əvvəllər qəbul edilmiş və ədalətsiz rəqabətdə iştirak edən müəssisələr üçün daha sərt cəzalar müəyyən edən İqtisadi Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanuna düzəlişlər layihəsidir. Digər bənd isə dövlət qurumlarında və özəl müəssisələrdə vacib məlumatların saxlanması standartlarını artıran Kibertəhlükəsizlik haqqında Qanunun qəbul edilməsidir. Nəhayət, yaşıl iqtisadiyyata keçid və atmosfer tullantılarının azaldılması ilə bağlı qanun layihələri paketi qəbul edilib.

OPEC Fondunun krediti altı aylıq üzən faiz dərəcəsi Euribor (Avropa banklararası kredit dərəcəsi, hazırda 2,606%), üstəgəl 1,56% sabit faiz dərəcəsi (hazırda illik 4,166%) ilə təmin ediləcək. Kreditin müddəti 18 ildir və əsas borc üzrə beş illik güzəşt müddəti nəzərdə tutulur.(Mənbə: Sputnik Ermənistan)
 

Reklam