Ermənistan Türkiyəyə yönəlmiş diqqətəlayiq addım atıb. Ölkə sərhəd keçidlərində pasportlara yapışdırılan rəsmi giriş və çıxış möhürlərindən Türkiyə sərhədləri daxilində yerləşən “Ararat” dağının (Ağrı dağı) təsviri çıxarılıb.
Reyting.az xəbər verir ki, yeni tənzimləmə Ermənistanın Türkiyə ilə münasibətləri və onların ortaq sərhədlərinin reallığı nəzərə alınmaqla edilib.
Qərarın İrəvan administrasiyasının “Əsl Ermənistan” doktrinası çərçivəsində verildiyi qeyd olunsa da, bildirilir ki, bu yanaşma siyasətlərini beynəlxalq səviyyədə tanınmış mövcud sərhədlərə əsaslandırmaq və Türkiyə ilə davam edən normallaşma prosesinə potensial zərər verə biləcək simvolik mesajlardan yayınmaq məqsədi daşıyır.
Ermənistan hökumət rəsmiləri vurğulayıblar ki, bu dəyişikliklə Türkiyəyə yönəlmiş təxribatlardan və təxribat aktlarından uzaq durmağı hədəfləyirlər.
Qeyd olunur ki, bu çərçivədə verilən qərar son zamanlar Ankara-İrəvan oxu boyunca sürət qazanan diplomatik əlaqələrə və normallaşma prosesinə uyğun bir mesajdır.
E. Kamal