Bu gün bir qrup erməni İrəvanda “Demokratiyaya “Bəli”, İkiüzlülüyə “Yox” şüarı ilə etiraz aksiyası keçirib.
Reyting.az xəbər verir ki, etirazçılar 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısının keçirildiyi Karen Dəmirçyan İdman və Konsert Kompleksinə doğru yürüş təşkil ediblər.
Yürüş Bakıda həbsdə olan erməni hərbi cinayətkarlarına və Ermənistandakı siyasi məhbuslara dəstək məqsədilə keçirilib.
“Bizim iki əsas mesajımız var: yüksək vəzifəli Avropa rəsmilərini Ermənistanda demokratiyanın geriləməsinə göz yummamağa çağırırıq. Hazırda Ermənistanda saxta ittihamlarla mühakimə olunan onlarla siyasi məhbus var”, - müxalifətdəki “Ermənistan” blokundan olan parlament üzvü Artur Xaçatryan bildirib.
V. Quliyev