“Ermənistan Rusiya ilə siyasi, iqtisadi və ya digər əlaqələri kəsməkdə maraqlı deyil”.
Reyting.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Rusiya ilə təbii münasibətləri qorumaq istəyir və buna çalışacaq.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın hərəkətlərinin Ermənistanın Rusiya, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərinə təhlükə yaratdığını qeyd edib.
Ermənistanın xarici işlər naziri bu açıqlamanın səbəbləri ilə bağlı suala cavab verməyib.
E. Kamal