Advert
Advert

Ermənistan Rusiya üçün sertifikatlaşdırmanı dayandırır

Tarix:
Ermənistan Rusiya üçün sertifikatlaşdırmanı dayandırır
Reklam

İyun ayının 2-dən etibarən Ermənistan, yoxlamadan keçən iki şirkət istisna olmaqla, bütün Ermənistan şirkətlərindən Rusiyaya ixrac üçün nəzərdə tutulan canlı balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırmasını dayandırmalıdır. 

Reyting.az bildirir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən (“Rosselxoznadzor”) məlumat veriblər.

Erməni mediasının məlumatına görə, “Rosselxoznadzor” nümayəndələri 21-27 may 2026-cı il tarixlərində Ermənistandakı balıq emalı zavodlarını yoxlayıb və həmçinin alabalıq təsərrüfatlarını ziyarət ediblər. 

Lakin şirkətlərin 50 faizi yoxlamada iştirak etmək istəməyiblər.

Qeyd olunur ki, 2 iyun 2026-cı il tarixindən etibarən qüvvəyə minən yoxlama nəticələrinə əsasən, Ermənistan tərəfi mövcud vəziyyət həll olunana qədər, yoxlamadan keçən iki şirkət istisna olmaqla, bütün Ermənistan şirkətlərindən canlı balıq və balıq məhsullarının rusiyalı alıcılar üçün baytarlıq sertifikatlaşdırmasını dayandırmalıdır.

Sənəddə aydınlaşdırılır ki, təsdiq edilmiş iki fabrikdən çıxarılan balıq məhsulları təhlükəsizlik göstəriciləri üçün laboratoriya monitorinqi aparılmaqla Rusiyaya idxal ediləcək.

V. Quliyev
 

Reklam