Ermənistan və ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Sazişini imzalayıblar.
Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib:
“Cəmi bir neçə saniyə əvvəl Ermənistan-ABŞ TRIPP Çərçivə Sazişini gözlərinizin qarşısında imzaladım.
Unutmayaq ki, bir neçə gün əvvəl onu ilkin olaraq mən və ABŞ dövlət katibi Marko Rubio imzaladıq. O, sazişi imzaladı və sənəd Ermənistana göndərildi. İndi mən Ermənistan tərəfindən imzaladım. Beləliklə, məsafədən imzalama prosesi başa çatdı və saziş təsdiqlənməyə hazırdır".
Xatırladaq ki, Ermənistan Xarici İşlər Nazirliyi əvvəllər TRIPP üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin mətnini dərc etmişdi.
E. Kamal